Bakıda uşaqlarını məktəbə yola salan ana özünü asdı

Bakıda uşaqlarını məktəbə yola salan ana özünü asdı
Bütün Xəbərlər
13:05 03.03.2015
2820
Ailədə mübahisə və münaqişələr baş verib.
Dünən Bakının Xəzər rayonunda üç uşaq anası özünü öldürüb.
AZXEBER.COM  xəbər verir ki, bu barədə Vesti.Az-a Xəzər rayon Prokurorluğundan bildiriblər.
Türkan qəsəbəsinin 30 yaşlı sakini Əsədova Nurlana Elbrus qızı evinin qarajında özünü asıb. İntiharın səbəbi müəyyənləşdirilməyib. Qadının uşaqlar məktəbdə olarkən, günorta vaxtı intihar etdiyi məlumdur. Dərsdən evə gələn uşaqlar analarının cəsədini qarajda aşkar ediblər.
Qonşuların sözlərinə görə, Əsədovlar ailəsini münaqişəli ailə kimi tanıyırlar. Ailədə mübahisə və münaqişə nadir hal deyildi. Bəlkə də qadının özünə qəsd etməsinə səbəb də bu olub. Bu versiya da istintaq tərəfindən yoxlanılır
OXŞAR XƏBƏRLƏR