Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sabah oktyabrın 19-da saat 10:00-dan 15:00-dək “Ağ şəhər” magistral qaz kəmərində, saat 10:00-dan 19:00-dək “Xaçmaz” Avtomatik Qazpaylayıcı Stansiyasında və “Lənkəran” Qazpaylayıcı Stansiyasında təbii qaz təchizatı dayandırılacaq.Təmir işləri aparılan müddətdə Xaçmaz rayonuna, Lənkəran şəhəri daxil olmaqla Digah və Şiləvar kəndlərinə, həmçinin Suraxanı rayonunun Zığ və Xətai rayonunun Əhmədli qəsəbələrinə mavi yanacağın verilişində fasilələr yaranacaq.