Bakıda velosipeddən yıxılaraq ölən məktəblinin - FOTOSU

SAĞLAMLIQ
14:39 21.06.2022
1733
 Xəbər verdiyimiz kimi, dünən Xətai rayonu, Məhəmməd Hadi küçəsi 29/44 ünvanında 16 yaşlı qızın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

AZXEBER.COM xəbər verir ki, 2006-cı il təvəllüdlü Röya Kazımova velosiped sürərkən ehtiyatsızlıqdan yıxılıb. 16 yaşlı qızın həyatını xilas etməyə çalışsalar da, o, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
 
Qeyd edək ki, Röya Kazımova 269 nömrəli məktəbin 9-cu sinif şagirdi olub.
 
Günel

 



OXŞAR XƏBƏRLƏR