Hadisə Sabunçu rayonununda baş verib
AZXEBER.COM-un Trend-ə istinadən verdiyi məlumata görə, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 40, mənzil 94-də yaşayan 1938-ci il təvəllüdlü Nəriman Mirzəyev və 1941-ci il təvəllüdlü Tərlan Mirzəyeva oğlanları - 1971-ci il təvəllüdlü Aqil Mirzəyev tərədindən hücuma məruz qalıb. Ruhi xəstə olan oğul valideylərinin boğaz və baş nahiyələrindən bıçaqla xəsarət yetirib. Sonra isə evi yandıraraq qaçıb. Valideynlər ağır xəsarət alıblar.
Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun ruhi əsəb dispanserində qeydiyyatda olduğu bildirilir.