Bakıda xəstəxananın ərazisində hərbi sursat aşkarlandı

Bakıda xəstəxananın ərazisində hərbi sursat aşkarlandı
Bütün Xəbərlər
16:55 13.01.2012
1245
Azərbaycan paytaxtında xəstəxananın ərazisində hərbi sursat aşkarlanıb. AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda xəstəxananın ərazisində təmir-tikinti işləri aparılan zaman partlamamış döyüş sursatının aşkarlanması barədə nazirliyə məlumat daxil olub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər vətəndaşların təhlükəli hesab edilən ərazidən uzaqlaşdırılmasını təmin edib və aidiyyəti qurumların mütəxəssisləri ilə birgə aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararsız 1 ədəd əl qumbarasıdır. Aşkarlanmış sursat xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR