Bakıda yalançı endirim edən mağazalar cəzalandırıldı

Bakıda yalançı endirim edən mağazalar cəzalandırıldı
Bütün Xəbərlər
17:12 14.02.2012
1695
Bakıda istehlakçıların aldadılması hallarının qarşısı alınır.İqtisadi İnkişaf Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 ünvanında Bəxtiyar Əşrəfəliyə məxsus mağazada aparılan yoxlama zamanı, mağazada "Bütün mallara 30% endirim" qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyən edilib.Belə ki, satışda olan mallara heç bir endirimin tətbiq olunmadığı aşkar edilib.Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qeyri-dəqiq reklamın yayımı dayandırılıb.
OXŞAR XƏBƏRLƏR