Bakıda yanacaq daşıyan qatarın 15 vaqonu relsdən çıxdı - VİDEO

Bakıda yanacaq daşıyan qatarın 15 vaqonu relsdən çıxdı - VİDEO
Bütün Xəbərlər
11:04 21.10.2014
1186
Bakının Nizami rayonunda qatar qəzası baş verib.Hadisə Nizami rayonunun Keşlə qəsəbəsində qeydə alınıb. Yanacaq məhsulları ilə dolu olan təxminən 15 vaqon relsdən çıxıb və vaqonların aşma təhlükəsi yaranıb. Vaqonların relsdən çıxdığı ərazi Keşlə qəsəbəsində yaşayış evlərinin yaxınlığında yerləşir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssisləri hadisə yerinə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Qəzanın nəticələri aradan qaldırılır.//APA

OXŞAR XƏBƏRLƏR