Bakıda yanacaqdoldurma məntəqəsi yaxınlığında qətl
Bütün Xəbərlər
12:09 14.07.2014
773
Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.Rayon Prokurorluğundan verilən məlumata görə, rayon ərazisində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında kişi meyidi tapılıb.Meyidin üzərində kəsilmiş-deşilmiş xəsarətlər olub. Xəsarələr əsasən meyidin ürək, sinə və kürək nahiyyələrində müşahidə olunub. Meyidin 30 yaşlı kişiyə məxsus olduğu ehtimal olunur.Hələlik ölən şəxsin kimliyi müəyyənləşdirilməyib. Lakin hadisənin cinayət olduğu ehtimal olunur.