Bakıda yanan ‘Maserati’ kimindir?- YENİLƏNİB - FOTOLAR

Bakıda yanan ‘Maserati’ kimindir?-  YENİLƏNİB - FOTOLAR
Bütün Xəbərlər
15:20 10.05.2014
7889

16:02

Bu gün səhər Bakıda yanıb külə dönən “Maserati”nin sahibi Azad Abdullayev azərbaycanlı oliqarx, “Baghlan Group” şirkətlər qrupunun prezidenti Hafiz Məmmədovun şərikidir.

Bu məlumat virtualaz.org saytına özəl mənbələrdən daxil olub. Mənbə onu da bildirdi ki, hadisə baş verən anda sükan arxasında olmuş Rüfət Abdullayev (Azad Abdullayevin oğlu) “Hafka”nın oğlu Kənan Məmmədovla yaxın dostdur.

13:05

Bakıda yanan “Maserati” daha bir nömrə fırıldağını üzə çıxarıb.

Deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovun ardından daha bir bahalı nömrənin bir neçə maşına bağlanması məlum olub. Belə ki, Rüfət Abdullayevə məxsus olan və bu gün səhər saatlarında Rəşid Behbudov küçəsində yanan “Maserati”nin 10 LL 010 dövlət nömrə nişanının bir neçə maşına bağlanması üzə çıxıb. Həmin nömrə ayrı-ayrı vaxtlarda "BMW" və "Range Rover" markalı avtomobillərə vurulub.  Milli.az saytının məsələ ilə bağlı yol polisinin mövqeyini öyrənmək cəhdi nəticəsiz qalıb.

**

Bakıda dünyanın bahalı markalarına məxsus avtomobillərin qəzaları artıq adi hala çevrilib. Belə qəzalardan biri bu gün səhər saatlarında baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, saat 06 radələrində Rəşid Behbudov küçəsində "Maserati" markalı avtomobil qəzaya uğrayıb. Daha sonra maşın alovlanıb. 

Nəsimi rayon Polis İdarəsindən bildirilib ki, həmin avtomobil Rüfət Azad oğlu Abdullayevə məxsusdur. Maşının dövlət nömrə nişanı isə 10 LL 010-dur. Hadisə şahidlərinin verdikləri məlumata görə, "Maserati"nün sükanı arxasında çox gənc sürücü olub. Maşının yandığını görən kimi ondan düşüb, heç söndürməyə cəhd belə etmədən hadisə yerini tərk edib.

OXŞAR XƏBƏRLƏR