Bakıda yarışan motoskletlər faciə törətdi: 1 qız öldü - FOTOLAR

Bakıda yarışan motoskletlər faciə törətdi: 1 qız öldü - FOTOLAR
Bütün Xəbərlər
01:52 29.12.2014
3019

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.

APA-nın xəbərinə görə, məlumatda qeyd olunub ki, Nəsimi rayonu ərazisində “Chevrolet” markalı minik avtomobili və “Zontes” markalı motosiklet toqquşub. Nəticədə motosikletdəki sərnişin, 1995-ci il təvəllüdlü Abdullayeva Nərmin Rasim qızı motosikletdən yıxılaraq avtomobilin altına düşüb, sıxılmış vəziyyətdə qalıb.

N.Abdullayevanın cəsədi xilasedicilər tərəfindən avtomobilin altından çıxarılıb.

***

23:20

Bakının Nəsimi rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, qəza “Zontes” markalı motoskletin arxadan “Chevrolet” markalı maşına çırpılması nəticəsində baş verib.“Chevrolet” ABŞ-ın Azərbaycandakı səfirliyinə məxsus olub.

Motoskletdə olan kişi sürücü ağır yaralanıb, onun sərnişini Nərmin Abdullayeva isə hadisə yerindəcə ölüb.

Motoskletin sürücüsü, 1993-cü il təvəllüdlü Qurbanlı Hüseyn Qurban oğlu isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Cövdət İsgəndərov APA-ya deyib ki, hadisə iki motoskletin bir-biri ilə ötüşməsi nəticəsində baş verib: "Əvvəlcə motoskletlər bir-biri ilə toqquşub, onlardan biri zərbədən idarəetməni itirib və maşına çırpılıb, digəri isə hadisə yerindən qaçıb".

OXŞAR XƏBƏRLƏR