"Bakıda yaşayış binasında baş verən yanğın 4 saat davam edib"

"Bakıda yaşayış binasında baş verən yanğın 4 saat davam edib"
Bütün Xəbərlər
15:56 19.05.2015
1322
Bakıda yaşayış binasında baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən ikinci çağırış elan olunub.
APA-nın xəbərinə görə, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.
Nazir müavini yanğının dörd saata qədər davam etdiyini açıqlayıb.
Onun sözlərinə görə, yanğının gec söndürülməsinə binanın böyük olması, texnikaların binaya yaxın gələ bilməməsi səbəb olub: “Çox təəssüf ki, ölənlər və xəsarət alanlar olub. Xəsarət alanların arasında bizim əməkdaşlar da var”
OXŞAR XƏBƏRLƏR