Bakıda yaşayış binasında həyəcanlı anlar yaşandı - FOTOLAR

Bakıda yaşayış binasında həyəcanlı anlar yaşandı -  FOTOLAR
Bütün Xəbərlər
15:19 30.05.2014
1468

Bu gün Bakının Yasamal rayonu Zərgər palan küçəsi 43-də güclü yanğın hadisəsi baş verib.

AZXEBER.COM-un hadisə yerində olan müxbirinin sözlərinə görə, yanğın binanın blokunda baş verib. Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olub.

Yaşayış binasında baş verən yanğın zamanı sakinlər evakuasiya edilib və yanğının baş verdiyi ərazidən uzaqlaşdırılıb.

Binada yaşayan sakinlərin sözlərinə görə, binanın elektrik naqilləri qəzalı vəziyyətdə olub. Onlar dəfələrlə müraciət edib, naqillərin yeniləri ilə əvəzlənməsini tələb etsələr də nədənsə bu məsələ öz həllini tapmayıb.

Yanğının qarşısı bir neçlə saat sonra alınıb. İlkin ehtimallara görə, yanğına qısaqapanma səbəb olub.

Məğrur Salmanov

OXŞAR XƏBƏRLƏR