Bu gün səhər saat 08:48 radələrində Bakıda yaşayış binasında güclü partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, partlayış Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində, Füzuli küçəsi 46 ünvanında, 2 mərtəbəli yaşayış binasının I mərtəbəsində baş verib. Hadisə nəticəsində binaya ciddi zərər dəyib.Partlayış nəticəsində yaşayış binası ciddi zərər çəkib. Mənzildə olan bir nəfər ağır yaralanıb. Xəsarət alan dərhal xəstəxanaya yerləşdirilib. Bundan əlavə bina sakinlərinin bəzilərinin də halı pisləşdiyindən onlara yardım göstərilib.