Bakıda yaşayış evində yanğın baş verib.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kvadratmetr olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 175 kv.m sahədə və ev əşyaları yanıb.
Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.












































