Basqın etmiş şəxs ev sahibəsini ağır yaralayıb
Bakıda yaşayış evinə basqın olub. Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Zərgərpalan küçəsi ev 5, mənzil 40 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 76 yaşlı Aliyə Mahmudbəyovanın mənzilinə açıq qalmış qapıdan daxil olan naməlum şəxs ev sahibi ilə üzləşdiyindən, ona kəsici və küt alətlə xəsarət yetirərək hadisə yerindən qaçıb. Xəsarət alan Aliyə Mahmudbəyova xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Baş vermiş quldurluq faktı ilə bağlı əməliyyat-axtarış tədbirləri aparılır.