Onun intihar etməsinin səbəbləri araşdırılır
Bakının Yasamal rayonunda 63 yaşlı kişi özünü öldürüb. Yasamal rayon prokurorunun köməkçisi Nigar Talıblının ANS PRESS-ə verdiyi məlumata görə, Dilarə Əliyeva küçəsi 119 ünvanında yarımtikilidə Bakı şəhər sakini 1950-ci il təvəllüdlü Vasilev Serqey Viktoroviç özünü asaraq intihar edib. Onun intihar etməsinin səbəbləri araşdırılır. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.