AZXEBER.COM musavat.com-a istinadən xəbər verir ki, "Elmlər Akademiyası" metrostansiyasının ətrafından toplaşmağa çalışan etirazçılar polis qüvvələri tərəfində uzaqlaşdırılıb. Polislərə Yasamal rayon Polis İdarəsinin rəisi rəhbərlik edib. Etiraz edən ticarəçilərin Metropoliten rəhbərliyi ilə görüşdə olan nümayəndələrinə bildirilib ki, martın 27-nə qədər onların obyektlərinə toxunulmayacaq, ancaq ondan sonra obyektlərin tam əksəriyyəti söküləcək, yalnız suvenir satan köşklər saxlanılacaq.
Ticarətçilər isə bildiriblər ki, günahın hamısı Tağı Əhmədovun "Qara Qarayev" stansiyasında rəis müavini işləyən qohumu Şövqidədir, məhz o, ticarətçilərdən külli miqdarda pul yığıb, indi də ortalıqda görünmür.
Xatırladaq ki, metro stansiyalarında ticarətin ləğv olunmasıyla bağlı Metropoliten İdarəsi ilə ticarətçilər arasında konflikt yaşanır.




