İkinci "Həzi Aslanov" keçid stansiyasının tikintisi yüksək templərlə davam etdirilir.
Bu barədə Bakı Metropolitenindən bildirilib. Verilən məlumata əsasən, "Həzi Aslanov" metrosundan "Yeni Günəşli" qəsəbəsi istiqamətində 300 metrlik tunel qazılıb. Hazırda izolyasiya işləri görülür.
Həmin stansiya 2015-ci ildə istifadəyə veriləcək.