Bakıda yeni metro xəttinin tikintisi başlandı

Bakıda yeni metro xəttinin tikintisi başlandı
Bütün Xəbərlər
10:50 22.08.2013
4127

Bakıda “Xətai-Həzi Aslanov-2” metro stansiyasının tikintisinə start verilib.

Metropolitenin perspektiv inkişaf planının yerinə yetirilməsi üzrə yaxın 5 ili əhatə edən dövlət proqramının tərkib hissəsinə çevrilmiş “Yaşıl xətt”in «Xətai-Həzi Aslanov-2» sahəsində sifarişi yerinə yetirən təşkilatlar hər iki istiqamət üzrə ilkin işləri yekunlaşdırıb.

Metropolitendən “APA-Economics”ə verilən məlumata görə, «Azərtunelmetrotikinti»nin baş podratçı kimi çıxış etdiyi bu layihədə əsas tikintini Azərbaycandakı tərəfdaşı «Akkord»un vasitəçiliyi ilə Fransanın «Buiq» və Ukraynanın «İnterbudmontaj» şirkətləri yerinə yetirirlər.

“Xeyli müddət bu sahədə tikintinin başlanması ilə bağlı səylərimiz, nəhayət ki, bəhrəsini verib. Bu istiqamətdə qatarların hərəkəti təmin edilməyincə mövcud xətlərdəki hərəkət natamam olaraq qalacaqdı. İlkin araşdırmalardan və tədqiqatlardan sonra əsas planı müəyyənləşdirən şirkətlər konkret fəaliyyət planı üzrə fəaliyyətə başlayıblar”,- deyə idarə rəisinin müavini və tikilən metropoliten müdiriyyətinin rəisi Arif Rəsulov bildirib.

Qeyd edək ki, bu istiqamətdə keçəcək tunellərin bir qismi ağır hidrogeoloji şəraitdə, digəri isə qrunt sahədə yerləşəcək. Arif Rəsulov qeyd edib ki, hər iki şirkət burada yeni tunelqazma avadanlığı tətbiq edəcək. «Buiq» Y-15-dən «Xətai» stansiyası istiqamətində iki hidroyüklü qazma maşını ilə hərəkət edəcək. «İnterbudmontaj» isə «Həzi Aslanov-2» istiqamətində qrunt yüklü iki maşın tətbiq edəcək. İnşaat işlərinin sürətini artırması, məhdud sahədə çalışan şirkətlərin də maraqları ilə üst-üstə düşür.

Artıq Y-15 stansiyasının yerləşəcəyi Nobel prospektində «Azərneftyağ» neft emalı zavodunun ərazisində start kamerasının özül çalasında dəmir və boru beton svayların vurulmasına başlanılıb. Artıq bu sahədə yerləşəcək hər üç metro stansiyasının yeri də tam dəqiqləşdirilib və müvafiq səlahiyyətli dövlət və özəl təşkilatlarla razılaşdırılaraq, texniki pasportu da alınıb. Hər üç stansiya Nobel prospektində yerləşəcək. Yaşıl xəttin «Xətai»dən sonrakı ilk yeraltı dayanacağı «Ağşəhər» layihəsinin başlandığı yerdə, üçüncüsü isə Bakı avtomobil zavodunun ərazisində olacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır