Polis maşını maneəyə çırpılıb
Bu gün səhər Bakıda yol polisi avtomobili qəza törədib. Şahidlərin verdiyi məlumata görə, hadisə Azadlıq meydanında, Hökumət Evinin qarşısında qeydə alınıb.
İlkin məlumatlara görə, 10 YP 429 dövlət nömrə nişanlı yol polisi avtomobili idarəetmənin itirilməsi nəticəsində maneəyə çırpılıb.
Yol nəqliyyat hadisəsinin digər təfərrüatları açıqlanmır.