Bakıda yol polisi təpikləndi

Bakıda yol polisi təpikləndi
Bütün Xəbərlər
12:34 01.04.2015
1191
Faktla bağlı araşdırma aparılır.
Bakıda yol polisi sürücünü saxladığı üçün döyülüb.
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu M.Hadi küçəsində baş verib.
Bakı sakini 1986-cı il təvəllüdlü Fikrət Məmmədov sərxoş vəziyyətdə idarə etdiyi “Volksvagen” markalı 99 DO 706 nömrəli avtomobillə yol hərəkəti qaydasını pozub. Bu səbəbdən DYPİ-nin inspektoru polis baş serjantı 1966-cı il təvəllüdlü Oruc Tağıyev tərəfindən saxlanılıb.
Həmin vaxt avtomobildə olan sərnişin 1987-ci il təvəllüdlü Ramil Bağırov polisi təpikləyərək döyüb. O.Tağıyev hadisə nəticəsində xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR