Bakıda yol polisinə xəsarət yetirən sürücü tutuldu
Bütün Xəbərlər
11:47 26.12.2014
513
Bakıda sərxoş vəziyyətdə yol polisinə xəsarət yetirən sürücü saxlanılıb.Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 17-də saat 22:00 radələrində, Cavadxan küçəsində Nəsimi RPİ-nin DYPŞ-nin YPX-nin inspektorunun qanunu tələbinə tabe olmadan, sərxoş vəziyyətdə polis əməkdaşına qarşı kobudluq edərək xəsarət yetirib naməlum istiqamətə gedən “Ford Transit” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Rəşad İmran oğlu Səfərəliyev müəyyən olunaraq tutulub.