AZXEBER.COM-un Day.Azsaytına istinadən xəbər verir ki, fotoda yol polisi əməkdaşının gözü önündə avtomobilin qanunsuz park edilməsi səhnəsi əks olunub. Foto Şeyx Şamil küçəsində çəkilib. Məsələ ilə bağlı saytın əməkdaşı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisiVaqif Əsədovla əlaqə saxlayıb. Onun sözlərinə görə, sürücülərin avtomobili səkilərdə saxlamağa ixtiyarı yoxdur. "Yol polisi əməkdaşlarının davranışına gəlincə isə, mən gərək birinci həmin fotonu görüm ki, sonra rəy bildirim", - o əlavə edib.