Bakıda yol qəzası: Avtomobil avtoservisə girdi

Bakıda yol qəzası: Avtomobil avtoservisə girdi
Bütün Xəbərlər
14:04 16.02.2013
918

Sürətlə güdən maşın yol ayrıcından çıxaraq başqa bir maşınla toqquşub. Sürət o qədər yüksək olub ki, dayanmayan avtomobil yaxınlıqdakı avtoservisin qapısını da qıraraq içəri girib və burdakı iki maşını da əzib. Nəticədə toqquşan avtomobildəki iki nəfər – 35 yaşlı Kamran Kərimov və 25 yaşlı Elmir Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı kliniki xəstəxanaya aparılıblar. Xəstəxanaya daxil olarkən onların vəziyyəti ağır olub. Hadisəni törədən sürücü polis tərəfindən tutularaq bölməyə aparılıb.  Bu gecə başqa bir qəza Lökbatanda 28 may küçəsində baş verib. İkitərəfli yolda düzgün ötmə əməliyyatı etməyən sürücü ağır qəzaya səbəb olub. Nəticədə 27 yaşlı Nicat Kərimov və onun yoldaşı 26 yaşlı Aygün Kərimova ağır xəsarət alıblar.  Rəşid Behbudov küçəsində baş verən qəzada isə sürətlə gedən avtomobil eyni istiqamətdəki digər maşına dəyib. Həmin maşın da yol kənarında dayanmış başqa bir maşını əzib. Qəza nəticəsində xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib. Qəzanı törədən sürücü digər avtomobil sahibləri ilə mübahisə etdiyi üçün 21-ci polis bölməsinə aparılıb. Onun da sərxoş olduğu güman edilir. //anspress

OXŞAR XƏBƏRLƏR