Bakının Xətai rayonu ərazisində itkin düşmüş məktəbli tapılıb. Rayon Polis İdarəsindən (RPİ) verilən məlumata görə, iki gün əvvəl R.Bağırov küçəsi, bina 28, mənzil 33 ünvanında yaşayan 12 yaşlı Əhməd Həsənov yoxa çıxıb.Azyaşlının ailə üzvləri Xətai RPİ-nin 37-ci polis bölməsinə müraciət edərək Ə.Həsənovun evdən getdiyini və bir daha geri qayıtmadığını bildiriblər.