Bakıda zavod yanıb: yanğınsöndürən ölüb

Bakıda zavod yanıb: yanğınsöndürən ölüb
Bütün Xəbərlər
12:14 24.12.2013
1045

Azərbaycanda zavodda güclü yanğın olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.Nazirlikdən bildirilib ki, Binəqədi rayonunda ümumi sahəsi 2000 kv.m olan istehsalat sahəsinin mebel məmulatları istehsalı sexinin yanar konstruksiyaları 600 kv.m sahədə yanıb.Yanğın nəticəsində binanın dam örtüyü deformasiyaya uğrayıb. Zavodun qalan hissəsi yanğından mühafizə olunub.Yanğının hansı səbəbdən çıxdığı bilinmir.Faktla bağlı axar.az məlumat verib ki, hadisə Bakının Binəqədi rayonunda, “Dərnəgül” metrostansiyasının yaxınlığında Ağac Emalı Zavodunda baş verib.Yanğın gecə saat 03:30 radələrində başlayıb. Hadisə yerinə FHN-nin əməkdaşları gəliblər. Daha sonra yanğının şiddətli olması saat 08:30 radələrində ikinci dəstənin gəlməsini məcbur edib.Yanğın zamanı xilasetmə işləri aparan yanğınsöndürmə briqadasının əməkdaşı Zaur Eyvazov panelin uçması nəticəsində dünyasını dəyişib.1988-ci il dekabrın 30-da anadan olan Z.Eyvazov ailəli imiş, övladının ad gününə hazırlaşırmış.

OXŞAR XƏBƏRLƏR