Bakıda zavodda yanğın oldu - FOTOLAR

Bakıda zavodda yanğın oldu - FOTOLAR
Bütün Xəbərlər
00:08 09.12.2014
845

Bakının Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki Asfalt-beton istehsalı zavodunda yanğın olub.

APA-nın məlumata görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

İlkin araşdırmalar zamanı məlum olub ki, yanğına texnika üçün istifadə olunan yağın qəfil alışması səbəb olub. Qısa zamanda yanğının qarşısı alınıb. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Yanğın zaman xəsarət alana olmayıb. Faktla bağlı Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Hissəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR