Bakıda özbək şairi Şöhrət Arifin şeirlər kitabı nəşr olundu

Bakıda özbək şairi Şöhrət Arifin şeirlər kitabı nəşr olundu
SOSİAL
12:24 07.07.2026
665
Azərbaycan və Özbəkistan arasında ədəbi-mədəni bağların inkişafına daha bir töhfə olaraq yeni nəsil özbək poeziyasının nümayəndələrindən olan, Özbəkistan Yazıçılar Birliyinin üzvü, Özbəkistan Jurnalistlər Birliyinin sədri Şöhrət Arifin "Məktubdur ömrüm” adlı şeirlər kitabı Bakıda, Azərbaycan dilində işıq üzü görüb. (Qeyd edək ki, kitabda şeirlərin orjinalı da verilib).

Bu kitab müəllifin Azərbaycan oxucusu ilə ilk geniş poetik görüşü olmaqla yanaşı, iki qardaş xalq arasında ortaq ədəbi-mədəni yaddaşın yeni mərhələdə inkişafına xidmət edən əlamətdar layihədir. Kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı şeirlər toplanmış, sevgi və həsrət, zaman və tale, insan və Tanrı, yol və yaddaş kimi əbədi mövzular çağdaş poetik təfəkkür prizmasından təqdim edilmişdir. 

Nəşr Dünya Gənc Türk Yazarlar Birliyi ilə "Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin birgə layihəsi olaraq hazırlanmışdır. Layihənin əsas məqsədi Türk dünyasının ortaq mənəvi irsinin təbliği, Azərbaycan–Özbəkistan ədəbi bağlarının möhkəmləndirilməsi və çağdaş özbək poeziyasının Azərbaycan oxucusuna təqdim edilməsidir. 

Nəşrin redaksiya heyətinə Azərbaycan və Özbəkistanın tanınmış ədəbiyyat, mədəniyyət və ictimaiyyət nümayəndələri daxildir:

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, "İsmayıllı Yazarları” İctimai Birliyinin başqanı, şair-publisist Şahməmməd Dağlaroğlu (Soltanov) və Beynəlxalq "Alaş” Ədəbiyyat mükafatı laureatı, şair-publisist Əkbər Qoşalının Azərbaycan dilinə uyğunlaşdırdığı kitabın redaktoru da Əkbər Qoşalı, məsləhətçiləri RHİMİB sədri Arzu Bağırova və Özbəkistanın "Kitab Dünyası” qəzetinin baş redaktoru, şair-publisist Xasiyyət Rüstəm, bədii rəyçiləri AYB-nin katibi, şair-tərcüməçi Səlim Babullaoğlu, DGTYB başqanı, şair İntiqam Yaşar, koordinatoru RHİMİB sədr müavini Nilufər Lətifdir. 

160 səhifədən ibarət olan "Məktubdur ömrüm”da Şöhrət Arifin poetik dünyasının əsas motivləri – sevgi, ilahi eşq, mənəvi axtarış, zaman, yol, insanın iç dünyası, vətən duyğusu və ümumbəşəri dəyərlər özünəxas bədii-estetik dillə ifadə olunmuşdur.

Kitabın giriş bölümündə Arzu Bağırovanın "Tanıtım” yazısı, həmçinin Əkbər Qoşalının geniş "Önsöz”ü yer alır. Hər iki yazıda yazarın yaradıcılıq özəllikləri, Azərbaycan–Özbəkistan ədəbi-mədəni körpülərinin tarixi və gələcəyi incələnir. 

"Məktubdur ömrüm” yeni şeirlər toplusu olmaqla, həm də Türk dünyasının ortaq söz məkanına üz tutan mənəvi layihədir. Bu nəşr Azərbaycan və Özbəkistan arasında son illərdə daha da genişlənən humanitar işbirliyinin, ortaq mədəni yaddaşın və qarşılıqlı ədəbi tanıtımın uğurlu örnəklərindən biri kimi dəyərləndirilir.

"CN Poliqraf”da çıxan kitab geniş oxucu auditoriyası, özəlliklə özbək poeziyası ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Baba Vəziroğlu Ramiz Mehdiyevdən danışdı: “Cəzasını Allah verəcək”
16:34 28.10.2026
Baba Vəziroğlu Ramiz Mehdiyevdən danışdı: “Cəzasını Allah verəcək”
225 nömrəli məktəbə psixoloqlar cəlb edildi - RƏSMİ
16:34 28.10.2026
225 nömrəli məktəbə psixoloqlar cəlb edildi - RƏSMİ
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
16:17 28.10.2026
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
Cənubi Koreya "Google" və "Apple"ı cərimələdi
16:16 28.10.2026
Cənubi Koreya "Google" və "Apple"ı cərimələdi
Evdən 10 minlik qızıl oğurlayan şəxs saxlanıldı
16:15 28.10.2026
Evdən 10 minlik qızıl oğurlayan şəxs saxlanıldı
Övladınızın həyat yoldaşı seçiminə müdaxilə edərdiniz? – VİDEOSORĞU
16:13 28.10.2026
Övladınızın həyat yoldaşı seçiminə müdaxilə edərdiniz? – VİDEOSORĞU
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
16:08 28.10.2026
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb
15:26 28.10.2026
Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb
“Məni öldürmək istədilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” - Xoşqədəm Hidayətqızıdan şok sözlər
15:22 28.10.2026
“Məni öldürmək istədilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” - Xoşqədəm Hidayətqızıdan şok sözlər
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
15:22 28.10.2026
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
15:02 28.10.2026
Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
14:50 28.10.2026
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
Səadət Məmmədova "Bolmart"dan 2 manata çörək aldı, kifli çıxdı - AQTA-ya müraciət etdi
14:49 28.10.2026
Səadət Məmmədova "Bolmart"dan 2 manata çörək aldı, kifli çıxdı - AQTA-ya müraciət etdi
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
14:25 28.10.2026
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü
14:09 28.10.2026
İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü
Cərimə, bal, həbs… - Dünya təcrübəsində telefon tutan sürücülərin cəzaları…
13:59 28.10.2026
Cərimə, bal, həbs… - Dünya təcrübəsində telefon tutan sürücülərin cəzaları…