Bakıda zəncirvari qəza baş verib
AZXEBER.COM xəbər verir ki, Bakının Cəfər Cabbarlı küçəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində 3 avtomobil - BYD, "Geely” və "KamAZ” toqquşub.
Hadisə zamanı BYD və "Geely” markalı avtomobillər yararsız vəziyyətə düşüb. BYD-nin sürücüsü xəsarət alıb və ona təcili tibbi yardım göstərilib.











































