Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu

Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
Bütün Xəbərlər
11:59 10.12.2011
1434
Dünən axşam saatlarında Bakıda zəncirvari ağır yol qəzası baş verib. Trend-in məlumatına görə, "Şamaxinka" deyilən ərazidən Biləcəri istiqamətinə düşərkən "Kamaz" markalı yük maşını səkkiz avtomobili vurub. Hadisə nəticəsində həsarət alan olsa da, ölüm faktı qeydə alınmayıb. Bakı şəhər Dövlət yol polisi idarəsindən Trend-ə verilən məlumata görə ilkin ehtimala görə yol qəzasına səbəb "Kamaz" markalı avtomobilin əylənc sisteminin işləməməsi olub. Nəticədə hərəkət zamanı "Kamaz" avtomobili səkkiz avtomobilə ciddi ziyan vurub.
OXŞAR XƏBƏRLƏR