Bakıda zəncirvari qəza baş verdi

Bakıda zəncirvari qəza baş verdi
Bütün Xəbərlər
09:23 23.04.2013
945
Gecə Bakının Nəsimi rayonunda yol nəqliyyat hadisəsi baş verib. Üzeyir Hacıbəyli və Mirqasımov küçələrinin kəsişməsində qeydə alınan qəza zamanı, Əliyev Seymur Şirinbala oğlu idarə etdiyi “Bmw”' markalı avtomaşını yol kənarında park edilmiş 3 “Ford” markalı yük maşını, eləcə də 2 “VAZ 2104” markalı avtomobillərə çırpıb. Qəza nəticəsində xəsarət alan olmasa da avtomaşınlara ciddi ziyan dəyib.Qeyd edək ki, zərbənin təsirindən qəzaya səbəb olan “Bmw” yük maşınlarından birini dayandığı yerdən təqribən 30 metr özü ilə bərabər sürüyüb. Hadisə yerində araşdırılma aparılan zaman “Bmw” markalı maşının qəzanı törədən sürücü Seymur Əliyeva məxsus olmadığı da ortaya çıxıb.
OXŞAR XƏBƏRLƏR