Bakının Nərimanov rayonu ərazisində zəncirvari qəza baş verib.
AZXEBER.COM-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəza “Prado” markalı avtomobilin yüksək surətlə yolun sağ istiqamətində dayanan “Kia” markalı avtomobilə dəyməsi ilə baş verib. Bunun ardından ağ “Prado”nun arxasından şütüyən, elə həmin markalı avtomobil də qəzanı törədən avtomobilə dəyib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Qəza nəticəsində xəsarət olan olmasa da, hər 3 avtomobilə böyük ölçüdə ziyan dəyib.
AZXEBER.COM



