Bakının B.Çobanzadə küçəsində 4 maşının toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.
APA-nın məlumatına görə, küçə ilə hərəkət edən “VAZ 21015” avtomobili "KİA” markalı və "Mercedes" markalı avtomobillər ilə toqquşub. Zərbənin gücündən "Mercedes Benz" yolun kənarında dayanan digər "Mercedes" avtomobilinə çırpılıb.
Hadisə nəticəsində 2 nəfər ağır, 1 nəfər yüngül xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşları hadisə yerinə cəlb olunublar. Qəza nəticəsində avtomobillərin birində yanacaq sızması baş verib. Ərazi FHN-in və hüquq-mühafizə orqanlarının əməkdaşlarının nəzarət altına alınıb.
Qәzada xәsarәt alanlardan birinin şәxsiyyәti mәlum olub.
3 saylı Şәhәr Klinik xәstәxanasından APA-ya verilәn mәlumata görә, xәstәxanaya 1976-cı il tәvәllüdlü Mәmmәdov Fuad Mәmmәd oğlu gәtirilib. Onun KİA-nın sürücüsü olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.




