Bakıda zəncirvari qəza: Xəsarət alan var

Bakıda zəncirvari qəza: Xəsarət alan var
SOSİAL
09:52 17.02.2020
1516
Bakının Suraxanı rayonunda zəncirvarı yol-nəqliyyat baş verib.

Hadisə rayonun Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 208 nömrəli tam orta məktəbin qarşısında qeydə alınıb.

Dörd avtomobilin toqquşması nəticəsində 1966-cı il təvəllüdlü Cəfərova Sevinc İldırım qızı xəsarət alıb. Yaralı təcili yardımın köməyilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR