Bakıda zəncirvari qəza: yolda dəhşətli tıxac yaranıb

Bakıda zəncirvari qəza: yolda dəhşətli tıxac yaranıb
Bütün Xəbərlər
13:42 27.08.2013
938

Hərəkətin bərpası istiqamətində yol polisi çalışır

Bakının Suraxanı rayonu ərazisində zəncirvari yol qəzası baş verib. Rayon Polis İdarəsindən verilən əmlumata görə, Yeni Günəşli yolunda bir neçə avtomobil toqquşub. Toqquşan avtomobillər arasında BMW, “Mercedes”, “CİP”, “Prado” markalı avtomobillər olub. Nəticədə xəsarət alan olmasa da, həmin ərazidə dəhşətli tıxac yaranıb. Hərəkətin bərpası istiqamətində yol polisi çalışır. Faktla bağlı araşdırma aparılır. (anspress)

OXŞAR XƏBƏRLƏR