Bakıda zindanda ölüm: məhkumu bıçaqladılar

Bakıda zindanda ölüm: məhkumu bıçaqladılar
Bütün Xəbərlər
14:14 10.09.2015
1989
Azərbaycanda Cəzaçəkmə Müəssisəsində qətl hadisəsi baş verib.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Famil Hüseynovla digər məhkum Həsən Əliyev arasında mübahisə baş verib.
Nəticədə F.Hüseynov yeməkxanadan götürdüyü bıçaqla H.Əliyevi bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Qətllə bağlı məlumatı ilk olaraq haqqin.az saytı yayıb.
OXŞAR XƏBƏRLƏR