Bakıda özünü çoxmərtəbəli binadan atan qadın öldü

Bakıda özünü çoxmərtəbəli binadan atan qadın öldü
Bütün Xəbərlər
10:58 19.06.2013
1283
İyunun 15-də Bakı şəhərinin Xətai rayonu ərazisində özünü 9 mərtəbəli binadan atan qadın dünyasını dəyişib.Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, Xocalı prospekti 20/22 ünvanındakı 9 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən özünü atan 1961-ci il təvəllüdlü Nersova Valeriya Yuriyevnanın həyatını həkimlərin səyinə baxmayaraq xilas etmək mümkün olmayıb.Məlumata görə, qadın özünü atmaq istəyərkən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu əraziyə gəlib və brezent açaraq qadını xilas edib. Lakin 5-ci mərtəbədən özünü atan V.Nersovanın başı aşağı mərtəbədəki mənzilin eyvanını məhəccərinə dəyib və o ağır xəsarət alıb.Hadisə vaxtı 52 yaşlı V.Nersova evdə tək alıb və xeyli spirtli içki qəbul edib.Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR