Bakıda özünü metro qatarının altına atan gənc BDU-nun tələbəsidir

Bakıda özünü metro qatarının altına atan gənc BDU-nun tələbəsidir
Bütün Xəbərlər
15:21 06.03.2014
2948
18 yaşlı Dövran Həsənovun vəziyyəti ağır qiymətləndirilir
Martın 5-də özünü metro qatarının altına atan şəxs BDU-nun tələbəsi olduğu məlum olub.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan APA-ya verilən məlumata görə, ötən günü özünü “Ulduz” metro stansiyasında qatarın altına atan şəxs Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi, 1996-cı il təvəllüdlü Dövran Həsənovdur.
Hazırda D. Həsənov reanimasiya şöbəsində müalicə alır, vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə ötən gün metronun “Ulduz” stansiyasında qeydə alınıb.
İlkin məlumatda bildirilirdi ki, 20-25 yaşlı oğlan özünü qatarın altına atıb. Hadisə yerində olan sərnişinlərin köməkliyi ilə təcilli tibbi yardım stansiyasının həkimlərinə təhvil verilən yaralı xəstəxanaya aparılıb.
Onun sağ qolu amputasiya olunub.
Bakı Metropolitenindən  bildirilib ki, “Ulduz” stansiyasında bir nəfərin özünü “Nərimanov” stansiyasından gələn qatarın altına atması səbəbindən elektrik cərəyanı ayrılıb, qatarların fəaliyyətində fasilə yaranıb.
OXŞAR XƏBƏRLƏR