Bakıdakı «Atatürk» litseyində nə baş verir?

Bakıdakı «Atatürk» litseyində nə baş verir?
Bütün Xəbərlər
20:02 14.12.2011
4189
Bakıdakı “Atatürk” litseyində anlaşılmaz hadisə baş verib. Keçən həftəsonu litseyin ibtidai sinif müəllimi Isa Ərdoğan direktorun otağına çağırılıb və ona işdən çıxarıldığı bildirilib.Məktəbin bu qərarı birincilərin valideynlərinin etirazıyla qarşılanıb. Bəzi valideynlər bu səbəbdən bir neçə gündür ki, uşaqlarını dərsə göndərməkdən imtina edirlər.Isa Ərdoğanın məktəbdən hansı səbəbdən çıxarıldığı açıqlanmır. Təzad ondadır ki, valideynlər, şagirdlər hətta direktor Şünasi Günerin özü də Isa hocanın yüksək keyfiyyətli pedaqoq olduğunu etiraf edir.Valideynlər müəllimin geri qaytarılması üçün bir neçə aksiya keçirsələr də, məktəb rəhbərliyi bu qərarı tabe olduqları vəqfin (Türk Dünyası Araştırmaları Vakfı 1980-ci ildə qurulub, rəhbəri Turan Yazqandır) verdiyini və əsla geriyə addım atılmayacağını bildirib.Valideynlər isə deyir ki, müəllimin dəyişdirilməsi uşaqlarına ciddi psixoloji zərbə olub və məktəb rəhbərliyinin bu addımı yanlışdır. Valideynlər hesab edir ki, övladları ilk müəllimlərinin rəhbərliyi altında ibtidai təhsili başa vurmalıdırlar. Üstəlik, onlar hələ də müəllimin hansı səbəbdən uzaqlaşdırıldığını bilmirlər. Məktəb rəhbərliyi bu barədə danışmayacağını bəyan edir və bunu vəqfin daxili işi kimi izah edir.Qərarın ictimaiyyətə açıqlanmaması isə valideynlər arasında xoşagəlməz şayiələrin yayılmasına səbəb olub. Məsələn, bildirilir ki, Isa Ərdoğan litseydəki idarəetmə və təhsillə bağlı çatışmazlığı tənqid etdiyinə görə işdən çıxarılıb. Bu məsələdə Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının da adı hallanır. Məsələ burasındadır ki, Tənzilə Rüstəmxanlı Atatürk litseyinin qeyri-rəsmi himayədarlarından sayılır. Bildirilir ki, səhhətində problemlər olan Turan Yazqan onun rəylərini əsas tutur. Isa Ərdoğanın litseydə neqativ hallar barədə Tənzilə Rüstəmxanlıya şikayətindən dərhal sonra işdən atılması da bu haqda deyilənlərə inanmağa əsas verir.Isa Ərdoğan özü “Azadlıq”a baş verənləri şərh etməkdən imtina edib. Ancaq o, bəzi valideynlərlə söhbətində açıq-aşkar haqsızlığa məruz qaldığını bildirib. Müəllim deyib ki, ona imkan yaratsalar, litseydə azərbaycanlı uşaqlar üçün pulsuz da dərs keçməyə hazırdır.Yaranmış problemlə bağlı valideynlər vəqfin rəhbəri Turan Yazqana müraciət hazırlayıb. Ümid edirlər ki, o özü işə qarışdıqdan sonra Isa Ərdoğanı litseyə qaytarmaq mümkün olacaq.Mövzunu diqqətdə saxlayacağıq.Mənbə: Azadlıq qəzeti
OXŞAR XƏBƏRLƏR