Bakıda fantastik qiymətə villa satışa çıxarılıb.
AZXEBER.COM axşam.az-a istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisində yerləşən villanın qiyməti 2 milyon 200 min manatdır.
Ev alqı-satqısı ilə məşğul olan saytlardan birində yerləşdirilən ikimərtəbəli ev 9 otaqdan ibarətdir. Villada 2 mətbəx, hovuz, sauna, həyətdə fontan və şəlalə var.






