Bakıda Səbail rayonunda qeydə alınan insidentlə bağlı hadisənin baş vermə səbəblərinin, eyni zamanda, cinayəti törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.AZXEBER.COM-un məlumatına görə, bunu Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.E.Sultanovun sözlərinə görə, hadisə nəticəsində Samir Fazil oğlu Mehbalıyev kürək nahiyəsindən tir tüfəngindən açılan atəşdən xəsarət alıb.