Bakıdakı marketlərdə qiymət müşahidəsi - REPORTAJ

Bakıdakı marketlərdə qiymət müşahidəsi - REPORTAJ
Bütün Xəbərlər
15:12 19.03.2015
1048
Azərbaycanda dolların bahalaşmasından sonra ərzaq məhsullarının qiymətlərində artım müşahidə edilir.
Mətbuat orqanlarında bəzi sahibkarlar və işbazların dolların bahalaşmasını bəhanə edərək qiymətləri qaldırdığı barədə yazılar dərc olunur. "Report"un əməkdaşları manatın devalvasiyasından sonra Bakıda yerləşən bəzi marketlərdə müşahidələr aparıb. Paytaxtdakı bir sıra marketlərdə çəkiliş aparmağa icazə verilməyib və marketlərdəki ərzaq qiymətlərinin eyni olmadığı nəzərə çarpır. Bəzi hallarda isə rəflərdə düzülən malların üstündə qiymətlər göstərilməyib.
"Report" "Neptun" marketlər şəbəkəsində rəhbərliyin icazəsi ilə çəkiliş apara bilib. Marketdən heç bir qiymət artımı omadığı qeyd edilsə də, satıcıların səsləndirdiyi qiymətlərlə malın üzərindəki qiymətlər arasında fərq müşahidə olunub. Belə ki, satıcıya yaxınlaşan əməkdaşımıza yumurtanın 1 ədədinin qiymətinin 11 qəpik olduğu bildirsə də, rəfdə bu qiymətin 8 qəpik olduğu göstərilib. Satıcının bunu izah edə bilmədiyini görən marketin adminstratoru dərhal məsələyə müdaxilə edib: "Satıcı səhv bilir, bizdə 1 ədəd yumurtanın qiyməti elə 8 qəpikdir".
Son zamanlar sosial şəbəkələrdə "Rahat" marketlərlərində ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində artım olmadığı haqqında da xəbərlər yayılır. Bunu dəqiqləşdirmək üçün "Report"un əməkdaşları paytaxtın Nərminaov rayonunda yerləşən "Rahat" marketə üz tutub. Mağazada müşahidə və çəkilişin aparılmasına etiraz etməyən rəhbərlik manatın devalvasiyasına baxmayaraq, hazırda bütün şəbəkə üzrə qiymətlərin sabit, əvvəlki səviyyədə saxlanıldığını qeyd edib. "Bir sıra məhsullar bizdə ümumiyyətlə, əvvəldən digər şəbəkələrə nisbətən daha ucuz olub. Düzdür, devalvasiyadan sonra bəzi topdansatış şirkətləri qiymətləri qaldırıb. Nəticədə, onların bir qismi ilə əməkdaşlığı dayandırmışıq və həmin mallar satışa qəbul olunmur. Əhalinin maraqlarını nəzərə alaraq qiymətləri maksimum sabit saxlamağa çalışırıq", - deyə marketdən bildirilib.

Daha sonra "Report"un əməkdaşları Səməd Vurğun küçəsi-34 ("AF Mall" biznes mərkəzinin I mərtəbəsi) ünvanında yerləşən "Fresco" marketdə müşahidələrini davam etdirib. "Bizdə qiymət artımı yoxdur", - deyən market rəsmiləri çəkilişin aparılmasına icazə verməyib və müxtəlif bəhanələrlə əməkdaşlarımızı marketdən uzaqlaşdırıb."Report"un əməkdaşları analoji vəziyyətlə Yusif Səfərov küçəsində yerləşən "Dadlı", "Xətai" metrosu yaxınlığındakı "Metro" və "Makro" marketlərdə də rastlaşıb - çəkiliş və qiymət müşahidələrinin aparılmasına icazə verilməyib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İmişlidə həmkəndlisini qətlə yetirməkdə ittiham edilən tələbəyə hökm oxunub
21:52 15.08.2025
İmişlidə həmkəndlisini qətlə yetirməkdə ittiham edilən tələbəyə hökm oxunub
“Qalatasaray” Sançezlə müqavilənin müddətini uzatdı
21:51 15.08.2025
“Qalatasaray” Sançezlə müqavilənin müddətini uzatdı
İranda ailə faciəsi: 10-a yaxın insan güllələnərək öldürüldü
21:42 15.08.2025
İranda ailə faciəsi: 10-a yaxın insan güllələnərək öldürüldü
Ekspertlər Alyaskadakı görüşdə Putinlə Trampın bədən dilini analiz edəcəklər
21:39 15.08.2025
Ekspertlər Alyaskadakı görüşdə Putinlə Trampın bədən dilini analiz edəcəklər
Azərbaycan nümayəndəsi BMT-nin CERF Məsləhətçi Qrupuna SEÇİLDİ
21:33 15.08.2025
Azərbaycan nümayəndəsi BMT-nin CERF Məsləhətçi Qrupuna SEÇİLDİ
Tramp Putinlə danışıqlarının çox yaxşı keçəcəyinə əmindir
21:14 15.08.2025
Tramp Putinlə danışıqlarının çox yaxşı keçəcəyinə əmindir
"Şamaxı" braziliyalı müdafiəçi ilə anlaşdı
21:06 15.08.2025
"Şamaxı" braziliyalı müdafiəçi ilə anlaşdı
İsveçdə məscid yaxınlığında atışma olub, 2 nəfər yaralanıb
20:54 15.08.2025
İsveçdə məscid yaxınlığında atışma olub, 2 nəfər yaralanıb
Cəlilabadda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
20:48 15.08.2025
Cəlilabadda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
Lukaşenko Trampı Cənubi Qafqazda sülhün əldə olunmasındakı işinə görə təbrik edib
20:35 15.08.2025
Lukaşenko Trampı Cənubi Qafqazda sülhün əldə olunmasındakı işinə görə təbrik edib
Hakimliyə yeni seçim qaydaları təsdiqləndi
20:29 15.08.2025
Hakimliyə yeni seçim qaydaları təsdiqləndi
Zəngilana hücumlar nəticəsində doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə VERDİ
20:20 15.08.2025
Zəngilana hücumlar nəticəsində doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə VERDİ
ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib - FOTOLAR
20:14 15.08.2025
ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib - FOTOLAR
Rusiya Ukraynanın Sumı regionuna hücum edib
20:09 15.08.2025
Rusiya Ukraynanın Sumı regionuna hücum edib
Tramp Ukraynanın NATO-ya qoşulmasını istisna edib
19:51 15.08.2025
Tramp Ukraynanın NATO-ya qoşulmasını istisna edib
İtaliya çempionu fransalı yarımmüdafiəçi üçün rəsmi təklif göndərib
19:38 15.08.2025
İtaliya çempionu fransalı yarımmüdafiəçi üçün rəsmi təklif göndərib