Bakıdakı məktəb bufetlərində cipsilər yığışdırıldı

Bakıdakı məktəb bufetlərində cipsilər yığışdırıldı
Bütün Xəbərlər
13:21 19.12.2012
1079

Ancaq orta təhsil ocaqlarında şagirdlərin qidalanması məsələsində hələ də ciddi problemlər qalır

Məktəb uşaqlara təkcə təhsil vermir, həm də onların müəyyən mənada qidalanmasını təmin edir. Bütün uşaqlar oxuduqları təhsil müəssisəsinin bufetindən bu və ya digər dərəcədə istifadə edir. Bəs təhsil səviyyəsi bir yana, heç olmasa, qida keyfiyyətlidirmi?

Xarici ölkələrdə bizdən fərqli olaraq, məktəblərdə uşaqların qida menyusu hazırlanarkən pediatr və digər mütəxəssislərin rəyi nəzərə alınır. Bundan başqa, qonşu Türkiyədə konkret olaraq çipsi, qazlı içkilər, şokolad kimi məhsulların məktəblərdə satışı qadağan edilib. Bunların əvəzində süd, ayran, hazır və ya təzə meyvə suyu, meyvələr təklif olunur.

Qeyd edək ki, Türkiyə ilə yanaşı, İngiltərə, Rusiya və digər ölkələrin də orta məktəblərində cipsi, qarğıdalı çubuqları, suxarı, qazlı içkilərin satışına qadağa qoyulub. Bizdə isə bu qadağa indi-indi özünü göstərir. Orta məktəblərin bu qadağaya necə əməl etdiyini öyrənmək üçün bir neçə məktəbə baş çəkdik.

Nərimanov rayonu ərazisində yerləşən 34 nömrəli orta məktəbdə cipsilər artıq yığışdırılıb. Amma biz ora gedəndə uşaqlar cipsilərin yenicə yığışdırıldığını dedilər. 304 nömrəli məktəbdə də vəziyyət eyni idi. Məktəbə yaxınlaşıb mühafizəçiyə məktəbin bufetinə baxmaq istədiyimizi dedikdə mühafizəçi məktəbin direktoru İradə Hüseynova ilə əlaqə saxlayaraq bizim gəldiyimizi xəbər etdi. İ.Hüseynova isə bizim bufetə buraxılmamağımızı əmr etdi. Ancaq biz məktəbin digər korpusundan valideyn adı ilə içəri girməyə müvəffəq olduq. Bufetin şəklini çəkə bilməsək də, ora girib göz gəzdirə bildik. Bufetdə cipsi, suxari satılmırdı. Ancaq dönər və digər qızartma qidalar satışda idi. Özü də od qiymətinə.

Şagirdlər də, valideynlər də bufetdə satılan qidaların bahalığından narazılıq etdilər. Qızının 3-cü sinifdə oxuduğunu deyən valideyn Vüsalə Ələkbərova qızına məktəbin bufetindən nəsə almağa icazə vermədiyini dedi: “Mən hər səhər qızımı məktəbə aparanda mağazadan nə lazımdırsa alıb çantasına qoyuram. Çünki məktəbin bufetində satılan qidaların keyfiyyətinə o qədər də əmin deyiləm”.

Valideynlər məktəbdə yığılan pulların çoxluğundan da narazı olduqlarını dedilər. Adının çəkilməsini istəməyən valideyn məktəbdə fond pulunun çoxluğundan şikayət elədi: “Məktəbdə 60 manat fond pulu yığırlar. Bu da cəhənnəm, uşaqlardan Yeni il karnavalı keçirmək üçün məcburi olaraq 20 manatdan pul yığırlar. Hansı uşaq pul verməsə, həmin gün sinfə buraxılmayacaq. Mənim imkanım yoxdur bu pulu verməyə. Uşağım karnavala buraxılmayacaq. İndidən bu uşaqları digərlərindən fərqləndirmək, pərt etmək hansı məntiqə sıxır?! Barı uşaqlar arasında belə ayrı-seçkilik salmasınlar!”

Yada salaq ki, bir müddət öncə şagirdlərin normal qidalanması məsələsi ortaya çıxanda Bakı Baş Təhsil İdarəsi təklif etmişdi ki, məktəb bufetlərində nəinki kalorili və keyfiyyətli qida məhsulları, həm də müxtəlif növ meyvə satışı təşkil edilsin. Bu təklifin arxasında başqa niyyətlər dursa da, danılmaz faktdır ki, şagirdə məktəbdə müxtəlif növ keyfiyyətsiz kolbasa təklif etməkdənsə hər hansı meyvənin verilməsi daha yaxşı olardı. Ən azından bu, şagirdləri zəhərlənmə kimi təhlükəli sonucdan sığortalamış olardı...

Yeni Müsavat

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı
16:24 27.08.2025
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı
Dilarədən yayın son akkordları... - Fotosessiya
16:21 27.08.2025
Dilarədən yayın son akkordları... - Fotosessiya
"Prezidentə ünvanlanan sualın qoyuluşu təhdid mesajı daşıyırdı" - Politoloq
16:20 27.08.2025
"Prezidentə ünvanlanan sualın qoyuluşu təhdid mesajı daşıyırdı" - Politoloq
Çində Azərbaycan və Rusiya prezidentlərinin görüşü olacaq? - Peskov sualdan yayındı
16:15 27.08.2025
Çində Azərbaycan və Rusiya prezidentlərinin görüşü olacaq? - Peskov sualdan yayındı
Ötən il həbs edilən cərrah azadlığa buraxıldı
16:14 27.08.2025
Ötən il həbs edilən cərrah azadlığa buraxıldı
Sabah üç rayonda qaz olmayacaq
16:13 27.08.2025
Sabah üç rayonda qaz olmayacaq
23 avqust-22 sentyabr bürcləri nə gözləyir?
16:04 27.08.2025
23 avqust-22 sentyabr bürcləri nə gözləyir?
Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
16:01 27.08.2025
Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
Məşhur cütlük boşandı
15:58 27.08.2025
Məşhur cütlük boşandı
Prezidentin bugünkü müsahibəsi dünyaya hansı mesajları ötürdü? - ŞƏRH
15:55 27.08.2025
Prezidentin bugünkü müsahibəsi dünyaya hansı mesajları ötürdü? - ŞƏRH
Qrızda kənd turizmi brendinin yaradılmasına dair təlim keçirildi - FOTOLAR
15:41 27.08.2025
Qrızda kənd turizmi brendinin yaradılmasına dair təlim keçirildi - FOTOLAR
Rusiya Ukraynanın strateji nöqtəsinə girdi: Müharibənin gedişatı dəyişəcəkmi?
15:38 27.08.2025
Rusiya Ukraynanın strateji nöqtəsinə girdi: Müharibənin gedişatı dəyişəcəkmi?
Bakıda daha bir rayonda söküntü olacaq - Qəzalı binalar yenilənəcək
15:34 27.08.2025
Bakıda daha bir rayonda söküntü olacaq - Qəzalı binalar yenilənəcək
“AYNA öz “aynasına” baxıb görsün ki, Bakıda hərəkət etmək mümkün deyil” — Deputatdan etiraz
15:32 27.08.2025
“AYNA öz “aynasına” baxıb görsün ki, Bakıda hərəkət etmək mümkün deyil” — Deputatdan etiraz
II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun bağlanış mərasimi keçirildi - FOTOLAR
15:29 27.08.2025
II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun bağlanış mərasimi keçirildi - FOTOLAR
İranda nüvə obyektləri qanunsuz yoxlanıldı: MAQATE ilə əməkdaşlıq dayandırıldı
15:27 27.08.2025
İranda nüvə obyektləri qanunsuz yoxlanıldı: MAQATE ilə əməkdaşlıq dayandırıldı