Bakıdakı 'Qanlı yol' 2 uşağı anasız qoydu - VIDEO

Bakıdakı
Bütün Xəbərlər
10:53 21.11.2012
1092
Bakı-Şamaxı yolunun Binəqədi rayon ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 32 yaşlı Lalə Ağayeva aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun 2 uşağı isə anasız qalıb.
Sakinlər də bu yolda tez-tez oxşar hadisələrin baş verdiyini bildirir, buna səbəb kimi isə ərazidə avtomobillərin sürət həddini aşması, piyada keçidinin olmaması və yolların işıqlandırılmamasını göstərirlər. Qəzalar mütəmadi baş verdiyindən onlar bu yola “Qanlı yol” adını verib. Lalə Ağayevanın ölümü isə onların səbr kasasını daşdıran damla olub.
Aidiyyatı qurumlar problemin həll olunacağını bildirir
Əraziyə cəlb olunan Binəqədi Rayon Polis İdarəsinin əməkdaşı isə sakinlərə bu kimi qəzaların qarşısının alınacağına söz verib. Yol Patrul Xidmətinin əməkdaşı Mərdan Mehdiyev bu cür hadisələrin Bakı-Şamaxı yolunda təmirin bitməməsi səbəbindən baş verdiyini qeyd edib və ərazidə qəzaların qarşısını almaq üçün lazımi tədbirlərin görüləcəyini bildirib: “Sabahdan etibarən piyada keçidi olacaq”.
Sakinlərə isə bu vədlərin həyata keçirilməsini gözləməkdən başqa bir şey qalmır. //anspress
OXŞAR XƏBƏRLƏR