Bakıdakı şadlıq sarayının yeməklərində təhlükəli mikroorqanizmlər aşkar edildi - FOTOLAR

Bakıdakı şadlıq sarayının yeməklərində təhlükəli mikroorqanizmlər aşkar edildi - FOTOLAR
Bütün Xəbərlər
17:38 12.11.2012
1256
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsi, 26 ünvanında fəaliyyət göstərən "Nemət-Ə" firmasına məxsus "Bahar" şadlıq sarayında dövlət nəzarəti həyata keçirilib.Komitənin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisədə müxtəlif kulinariya məmulatları və milli xörəklərin hazırlanması üçün yarımfabrikatlar ГОСТ 30390-95 (bənd 5.1) və AZS 126-2005 (bənd 4.1) standartlarının tələblərinə riayət edilmədən, müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır.Şadlıq sarayının ümumi sanitar vəziyyəti qeyri-qənaətbəxşdir, istifadə olunan və süfrələrə düzülən qablar açıq vəziyyətdə mətbəxin girişində gediş-gəlişin çox olduğu yerdə saxlanılır ki, bu da öz növbəsində həmin qabların çirklənməsinə səbəb olur. Şadlıq sarayının zalına keçirilən baxış zamanı istifadə olunan yemək dəstlərinin (çəngəl, bıçaq, qaşıq, külqabı) stollara tam təmizlənməmiş vəziyyətdə düzüldüyü müəyyən edilib.Müəssisədə yararlılıq müddəti bitmiş "Oldenburger" nişanlı "Fermerskaya" xaması, mənşəyi məlum olmayan və yararlılıq müddəti bilinməyən 500 qram qara və 300 qram qırmızı kürü, yararlılıq müddəti bitmiş, xarab olmuş "M&T" nişanlı bişmiş hisə verilmiş "Moskovskaya" kolbasaları aşkar edilib və qanunvericiliyə müvafiq olaraq aktlaşdırılaraq götürülüb. Şadlıq sarayının anbarı olmadığından yeməklərin hazırlanmasında istifadə olunan müxtəlif növ ərzaq məhsulları saxlanma rejiminə riayət edilmədən mətbəxdə saxlanılır. Habelə meyvə nektarları, qazlı su, alkoqollu və alkoqolsuz içkilərin bir qismi bu məhsulların temperatur rejimlərinə riayət olunmadan zalın çıxışında yerdə, bir qismi isə soyuducuda saxlanılır. İstismar olunan ölçmə vasitələri müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur.Araşdırma zamanı şadlıq sarayında istehlakçılara təqdim olunan "paytaxt" və "mimoza" salatlarından və "lülə kabab" üçün çəkilmiş ətdən nümunələr götürülüb və Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) sınaq laboratoriyasına təqdim edilib. Təqdim edilmiş nümunələr mikrobioloji göstəricilərdən ümumi mikroorqanizmlərin sayına və bağırsaq çöpləri qrupundan olan bakteriyaların aşkar edilməsinə görə normativ sənədin tələblərinə cavab verməyib.Faktla əlaqədar olaraq "Nemət-Ə" firmasına məxsus "Bahar" şadlıq sarayında "paytaxt" və "mimoza" salatları və "lülə kabab" üçün qiymənin hazırlanması və satışı qadağan edilib, müəssisə barədə inzibati protokol tərtib edilərək beş min manat məbləğində cərimə edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliyada hava şarı yerə çırpılıb, 8 nəfər ölüb
20:14 21.06.2025
Braziliyada hava şarı yerə çırpılıb, 8 nəfər ölüb
DTX-nın keçirdiyi əməliyyatda saxlanılan Qaxın sabiq icra başçısı Musa Şəkiliyev həbs olunub
20:07 21.06.2025
DTX-nın keçirdiyi əməliyyatda saxlanılan Qaxın sabiq icra başçısı Musa Şəkiliyev həbs olunub
İspaniya yığmasının sabiq futbolçusu Argentina klubundan ayrılıb
19:54 21.06.2025
İspaniya yığmasının sabiq futbolçusu Argentina klubundan ayrılıb
Fransa klubu İngiltərə millisinin sabiq futbolçusu ilə yollarını ayırıb
19:45 21.06.2025
Fransa klubu İngiltərə millisinin sabiq futbolçusu ilə yollarını ayırıb
Rusiya - Afrika XİN başçılarının ikinci forumu Qahirədə keçiriləcək
19:34 21.06.2025
Rusiya - Afrika XİN başçılarının ikinci forumu Qahirədə keçiriləcək
Lukaşenko Trampın Ukrayna üzrə xüsusi elçisi ilə görüşüb
19:20 21.06.2025
Lukaşenko Trampın Ukrayna üzrə xüsusi elçisi ilə görüşüb
BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaq
19:09 21.06.2025
BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaq
İlham Əliyevin müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
19:06 21.06.2025
İlham Əliyevin müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
İtaliya XİN: 60-a yaxın vətəndaşımız İrandan Azərbaycana təxliyə edilib
18:59 21.06.2025
İtaliya XİN: 60-a yaxın vətəndaşımız İrandan Azərbaycana təxliyə edilib
İsrail Şirazda hərbi mərkəzə zərbə endirib
18:46 21.06.2025
İsrail Şirazda hərbi mərkəzə zərbə endirib
Bəşər Əsədin əmisi oğlu saxlanılıb
18:37 21.06.2025
Bəşər Əsədin əmisi oğlu saxlanılıb
Cekson görünüşünə görə kompleks yaşayırmış
18:18 21.06.2025
Cekson görünüşünə görə kompleks yaşayırmış
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
18:05 21.06.2025
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
Ülviyyə Zülfiqar yeni vəzifəyə TƏYİN EDİLDİ
17:57 21.06.2025
Ülviyyə Zülfiqar yeni vəzifəyə TƏYİN EDİLDİ
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
17:53 21.06.2025
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
"Düzgün həyat tərzi – uğurlu və xoşbəxt həyatın təməlidir" - Əməkdar artist
17:42 21.06.2025
"Düzgün həyat tərzi – uğurlu və xoşbəxt həyatın təməlidir" - Əməkdar artist