Bakıdakı sərnişin avtobusları saat neçəyə qədər işləyəcək?- DƏQİQ VAXT

Bakıdakı sərnişin avtobusları saat neçəyə qədər işləyəcək?- DƏQİQ VAXT
Bütün Xəbərlər
14:03 07.02.2012
2637
AZXEBER.COM-un məlumatına görə, bu barədə Trend-ə Azərbaycanın Nəqliyyat Nazirliyindən bildirilib.Nazirlikdən verilən məlumata görə, hazırda paytaxt küçələrinə işləməyə çıxan avtobusların sayı min ədədə çatmır. “Bu gün işə çıxan marşrutların miqdarı min ədədə çatmır ki, bu da hava şəraiti ilə əlaqədardır”, - NN-dən deyilib.Nazirlikdən bildirildiyi kimi, avtobusların iş müddətləri hava şəraitindən asılı olacaq. Güclü külək və yolların buz bağladığı şəraitdə avtobuslar işlərini vaxtından əvvəl dayandıracaqlar. Bu, sərnişinlərin təhlükəsizliyi baxımından vacibdir.Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bir müddət əvvəl bildirmişdi ki, adi şəraitdə paytaxtda iki mindən artıq avtobus çalışır.Sinoptiklərin verdiyi məlumata görə, fevral ayının 7-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, şimal-qərb küləyinin saniyədə 10-15, arabir 18, axşama doğru 20 metrədək güclənəcəyi gözlənilir. Fevralın 7-dən 8-nə keçən gecə və 8-də gün ərzində hava şəraitinin daha da kəskinləşəcəyi gözlənilir. Fevralın 8-də havanın temperaturu daha da aşağı enəcək, şaxtalar güclənəcək.
OXŞAR XƏBƏRLƏR