Bakıdakı tikintilər yolların bağlanmasına səbəb oldu - BAĞLI YOLLAR

Bakıdakı tikintilər yolların bağlanmasına səbəb oldu - BAĞLI YOLLAR
Bütün Xəbərlər
15:00 02.04.2012
1462
Paytaxt bakıda aparılan təmir işlərilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkəti dayandırılıb. 
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun  verdiyi məlumata görə, təmirlə əlaqədar bəzi yollarında hərəkət istiqaməti dəyişdirilib. Belə ki, “28 may” küçəsi 4 günlük əsaslı təmir-tikinti işlərilə əlaqədar bağlanıb. Bundan başqa, Yusif Səfərov küçəsilə Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində gedən təmir işlərilə əlaqədar bu istiqamətdə hərəkət məhdudlaşdırılıb."Burada alternativ yol kimi Yusif Səfərov küçəsindən Cavanşir körpüsü, eləcə də Üzeyir Hacıbəyov, Puşkin, Azadlıq və Rəşid Behbudiv küçələrindən istifadə etmək olar.Bundan başqa, Vaqif küçəsilə Ceyhun Hacıbəyov küçəsinin kəsişməsi, eləcə də, Azadlıq prospekti və Səməd Vurğun küçəsinə qədər geniş asfalt vurulur. Bu səbəbdən bu istiqamətdə yollar bağlıdır.Həmçinin Əhməd Rəcəbli küçəsinin kəsişməsilə Ziya Bünyadov prospekti, Təbriz küçələrində təmir-tikinti işlərilə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Digər bir təmirdə olan bağlı yol isə Şərifzadə küçəsidir".
OXŞAR XƏBƏRLƏR