Bakıdakı toyda dava düşdü – 20 nəfər əlbəyaxa oldu

Bakıdakı toyda dava düşdü –  20 nəfər əlbəyaxa oldu
Bütün Xəbərlər
10:54 22.04.2013
3888

Bakıda toyda dava düşüb.

Bakının Xətai rayonu ərazisində yerləşən şadlıq sarayında kütləvi dava düşüb. Hadisə şahidlərinin Milli.az-a verdikləri məlumata görə, “Bakı” şadlıq sarayında keçirilən toy məclisində qonaqlar arasında mübahisə yaranıb. Sonradan toyda dava-dalaş düşüb. Dava edənlər şadlıq sarayından həyətə çıxıblar. Orada davaya 20-yə yaxın adam qoşulub. Onlar bir nəfəri yerə yıxaraq təpikləyiblər. Savaşanları sakitləşdirmək üçün toydan çıxan qadınlar da davanı yatıra bilməyiblər. Huşsuz vəziyyətdə olan şəxsi təpikləyərək yaxınlıqdakı ağaclığa aparıblar. Sonra yenidən həmin şəxsi möhkəm döyməkdə davam ediblər. Döyən şəxslər “VAZ-21014”ə minərək qaçıblar. Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsindən Milli.Az-a bildirildi ki, dava barədə növbətçi hissəyə məlumat daxil olmayıb.

OXŞAR XƏBƏRLƏR