Bakıdakı universitetlər şəhərdən köçürülür

Bakıdakı universitetlər şəhərdən köçürülür
Bütün Xəbərlər
13:17 15.05.2014
2275
Bakıda ali təhsil müəssisələrinin şəhər ətrafına köçürülməsi nəzərdə tutulub.
“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib.
Onun sözlərinə görə, təhsil konsepsiyasının tərkib hissəsi kimi ali təhsil müəssisələri ilə bağlı ayrıca konsepsiya yaradılmalıdır: “Öz layihəmizdə ali təhsil müəssisələri üçün şəhər ətrafında ərazilər nəzərdə tutmuşuq. 
Təhsil sisteminə cavabdeh qurumlar tərəfindən hazırlanan konsepsiyaya uyğun olaraq ali təhsil müəssisələri həmin ərazilərdə yerləşdirilə bilər”.
OXŞAR XƏBƏRLƏR