Bakıdan Tbilisiyə qatar bileti neçəyə olacaq? - AÇIQLAMA

Bakıdan Tbilisiyə qatar bileti neçəyə olacaq? - AÇIQLAMA
SOSİAL
13:02 19.05.2026
3515
Mayın 26-da Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq. Bu qərar Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin WUF13-lə əlaqədar Bakıya rəsmi səfəri çərçivəsində, Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən yüksəksəviyyəli görüşlərdə imzalanan ikitərəfli sazişlər əsasında rəsmiləşib.

Bəs Bakıdan Tbilisiyə və əks istiqamətə qatar biletləri hansı qiymətə olacaq? Biletlər nə zaman satışa çıxarılacaq?

"Azərbaycan Dəmir Yoları” QSC-dən "Yeni Sabah”a bildirilib ki, hər iki məsələ ilə bağlı dəqiqləşdirilmələr aparılır və bu barədə ictimaiyyətə məlumat veriləcək. 

"Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlər yaxın zamanda satışa təqdim olunacaq. Bu barədə rəsmi səhifəmizdə elan veriləcək”, - qurumdan qeyd olunub.

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, biletlərin qiyməti 7 il əvvəl qatarların fəaliyyəti dayandırılanda olan qiymətlərdən fərqlənəcək:

"Əlbəttə, ötən 7 il ərzində baş verən inflyasiya, yeni nəqliyyat xərcləri nəzərə alınacaq və qiymətlər müəyyən dərəcədə dəyişəcək. Amma bu qiymətlər aviabiletlərdən ən azı 2-3 dəfə ucuz olmalıdır ki, sərnişinlər üçün sərfəli olsun”.

O bildirib ki, əks halda, Gürcüstanla dəmiryolunun açılması insanların marağına səbəb olmaz:

"Ona görə də, düşünürəm ki, qatar biletləri təyyarə biletlərindən ən az 3 dəfə ucuz olacaq. Məsələn, bu gün Bakı-Tbilisi təyyarə reysi üzrə bir gedişin qiyməti 168-170 manat arasında dəyişir. Bu qiyməti 3-ə bölsək, 55-56 manat edir. Belə təxmin etmək olar ki, yuxarı kateqoriyalı biletlər 80-90 manat, daha aşağı kateqriyalılar 60-70, sadə biletlər isə 40-50 manat civarında ola bilər. Ümumilikdə, Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının fəaliyyətinin bərpa olunması çox yaxşı xəbərdir. Bu, turizmin və iqtisadiyyatın inkişafı baxımından olduqca müsbət təşəbbüsdür. Ümid edirəm ki, bunun ardınca quru sərhədlərin tamamilə açılması məsələsi öz həllini tapacaq”.

Xatırladaq ki, Azərbaycandan Gürcüstana sərnişin qatarlarının fəaliyyətinin dayandırılmasından əvvəl (köhnə tariflərlə) qiymətlər yerin konfiqurasiyasına (vaqon tipinə) görə təxminən belə dəyişirdi:

Plaskart (açıq kupe) bir nəfər üçün 24-26 manat, kupe 35-40 manat, SV (yataqlı) 57-60 manat.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda cinayət statistikası: 20 ildə nə dəyişdi?
15:26 10.07.2026
Azərbaycanda cinayət statistikası: 20 ildə nə dəyişdi?
Gəncədə qeyri-formal məşğulluq və əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbiri keçirildi
15:13 10.07.2026
Gəncədə qeyri-formal məşğulluq və əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbiri keçirildi
TƏBİB-in fotosu diqqət çəkdi: Həkim-rezidentlərin hamısı niyə qadındır?
15:09 10.07.2026
TƏBİB-in fotosu diqqət çəkdi: Həkim-rezidentlərin hamısı niyə qadındır?
Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı vəfat etdi - FOTO
14:50 10.07.2026
Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı vəfat etdi - FOTO
Bakıda yayılan qulaqdibi xəstliyi ilə bağlı rəsmi açıqlama
14:46 10.07.2026
Bakıda yayılan qulaqdibi xəstliyi ilə bağlı rəsmi açıqlama
Generala yüksək vəzifə verildi
14:31 10.07.2026
Generala yüksək vəzifə verildi
Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə şad xəbər
14:28 10.07.2026
Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə şad xəbər
Göyçayda obyektlərdən oğurluq edən şəxs tutuldu
14:18 10.07.2026
Göyçayda obyektlərdən oğurluq edən şəxs tutuldu
Ekoloqdan xəbərdarlıq: Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur
14:17 10.07.2026
Ekoloqdan xəbərdarlıq: Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur
Yeni turizm proqramı: Dövlət subsidiyası hansı layihələri əhatə edəcək?
14:08 10.07.2026
Yeni turizm proqramı: Dövlət subsidiyası hansı layihələri əhatə edəcək?
“Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi - Fotolar
13:44 10.07.2026
“Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi - Fotolar
Kəlbəcərdə otlaq sahədə mina partladı
13:26 10.07.2026
Kəlbəcərdə otlaq sahədə mina partladı
"BakuBus"dan sərnişinlərdən küsən sürücü ilə bağlı - AÇIQLAMA
13:10 10.07.2026
"BakuBus"dan sərnişinlərdən küsən sürücü ilə bağlı - AÇIQLAMA
""Seltik"in təklifini dərhal qəbul etdim" - Kamilo Duran
12:46 10.07.2026
""Seltik"in təklifini dərhal qəbul etdim" - Kamilo Duran
“Nə üçün pomidor, qarpız, kartof əvvəlki dadını vermir?”
12:33 10.07.2026
“Nə üçün pomidor, qarpız, kartof əvvəlki dadını vermir?”
Qarabağ Universiteti Britaniya universitetləri ilə əməkdaşlığı genişləndirir
12:29 10.07.2026
Qarabağ Universiteti Britaniya universitetləri ilə əməkdaşlığı genişləndirir